Finlandiya ABŞ-dən 100 milyon avroluq silah alacaq
Operativ Media
Finlandiya hökuməti ABŞ-nin PURL proqramı çərçivəsində Ukrayna üçün 100 milyon avro dəyərində silah alınmasını təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo məlumat verib.
Məlumata görə, silah alışı Finlandiya hökumətinin borc aldığı vəsait hesabına maliyyələşdiriləcək.
Hökumətin dövlət borcunu ödəmək üçün xərcləri azaltmaq istəyinə baxmayaraq, baş nazir qeyd edib ki, xərclərin növbəti dəfə azaldılması gözlənilmir.
Qeyd edək ki, PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən işə salınıb.
Bu mexanizmə əsasən, alyans müttəfiqləri ABŞ-nin ehtiyatlarından Ukrayna üçün silah alırlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net