Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Operativ Media
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının bu gün püşkü atılıb.

Operativ Media  xəbər verir ki, reqlamentə əsasən iştirakçı 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adlarına isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək.

Digər xəbərlər