Oktyabrın 23-ü axşam saatlarında Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozub.
Operativ Media xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda X sosial media saytında məlumat verib.
"Bu axşam Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozdu. Bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu, Avropanın hava hücumundan müdafiə sisteminin hazırlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir", - o yazıb.
Prezidentin sözlərinə görə, Litva Rusiya nümayəndələrini “ehtiyatsız və təhlükəli davranışa etirazını bildirmək üçün” XİN-ə çağıracaq.
Bundan əvvəl NATO-nun baş katibi bəyan etmişdi ki, alyansa üzv olan dövlətlər üzv ölkələrin hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək, birbaşa təhlükə yarandığı halda onlar məhv ediləcək.