ABŞ Prezidenti Donald Tramp son bir neçə gündə Rusiyanın Ukraynaya hücumlarından sonra Moskvaya qarşı sanksiyaları artırmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda Trampın Rusiya və Ukrayna arasında sülh danışıqlarından yorulduğunu və son bir addım da nəticə verməsə, ABŞ-nin danışıqlardan tamamilə çıxacağı bildirilib.
Rəsmilər Trampın əlavə sanksiyalarının, Rusiyanın müharibə aparmaq qabiliyyətinə mane olacağını bildirib.






