Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.
"Can Azərbaycanın Müstəqillik Gününü təbrik edirəm. Canları bahasına Azərbaycanın müstəqilliyinə sahib çıxan, istiqlal və istikbal yolunda apardığımız şanlı mübarizələri şəhadətləri ilə taclandıran bütün qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm", - deyə paylaşımda qeyd olunub.







