Çin və Hindistan Rusiya neftinin alınmasını dayandırır

Operativ Media
Çin və Hindistan  Rusiya neftinin alınmasını dayandırır

ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Çinin əsas dövlət neft şirkətlərinin Rusiya neftinin alınmasını dayandırmasına səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters"məlumat yayıb.

Bildirilib ki,  ABŞ iki böyük Rusiya neft şirkətinə – “Rosneft” və “Lukoil”a – qarşı sanksiyalar tətbiq etdikdən sonra, Çinin aparıcı dövlət enerji şirkətləri Rusiya neftinin alınmasını müvəqqəti dayandırıblar.

Mənbələrin bildirdiyinə görə, PetroChina, Sinopec, CNOOC və Zhenhua Oil şirkətləri yaxın zamanda dəniz yolu ilə Rusiya nefti almaqdan imtina edəcəklər.

Qeyd olunur ki, bu qərar ABŞ-ın sanksiyalarına məruz qalma riskini azaltmaq məqsədi daşıyır.

Digər xəbərlər