Menyu

Azərbaycanda tərcümə qiymətləri neçəyədir? - SİYAHI

Nərmin Qocamanlı
Azərbaycanda tərcümə qiymətləri neçəyədir? - SİYAHI

Tərcümə xidmətləri müxtəlif dillərə mətnin doğru və aydın şəkildə çevrilməsi üçün mütəxəssis bilikləri tələb edir. 

Hər bir dilin özünəməxsus qrammatik qaydaları, söz sıralaması, ifadə tərzi və mədəniyyətə bağlı xüsusiyyətləri olduğu üçün tərcümə qiymətləri yalnız mətni tərcümə ediləcək dilin çətinliyinə deyil, həmçinin mətni tələb edən üslub və mövzunun spesifikliyinə görə dəyişir. 

Operativ Media Azərbaycan dilindən müxtəlif dillərə tərcümə xidmətlərinin qiymətlərini araşdırıb:

Azərbaycan dilindən İngilis və Rus dillərinə tərcümə xidmətinin qiyməti 1 standart səhifə üçün 6 AZN-dən başlayır. Bu qiymət həm rəsmi, həm də qeyri-rəsmi mətnlər üçün keçərlidir. Lakin mətnin mürəkkəbliyinə görə qiymət arta bilər.

Azərbaycan dilindən Alman dilinə tərcümə 1 standart səhifə üçün 9 AZN, Azərbaycan dilindən Fransız dilinə tərcümə xidmətinin qiyməti isə 1 standart səhifə üçün 10 AZN-dən başlayır.

Fars, İtalyan, Gürcü və Ərəb dillərinə tərcümə xidmətinin qiyməti 1 standart səhifə üçün 12 AZN-dən başlayır.

Azərbaycan dilindən Çin dilinə tərcümə isə 1 standart səhifə üçün 15 AZN-dən başlayır. Çin dili xüsusilə qrammatik və semantik fərqliliklər səbəbindən ən bahalı tərcümə xidmətlərindən biridir. 

Tərcümə qiymətləri yalnız dilə əsaslanmır, mətnin boyu, üslubu (rəsmi, qeyri-rəsmi, texniki, hüquqi və s.) və mürəkkəbliyi də qiymətə təsir göstərir. 

Məsələn hüquqi və ya texniki mətnlərə edilən tərcümələr daha yüksək qiymətə başa gəlir, çünki bu sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunur.

Teqlər:

"Az\u0259rbaycanda t\u0259rc\u00fcm\u0259 qiym\u0259tl\u0259ri ne\u00e7\u0259y\u0259dir? - S\u0130YAHI"

Əlaqəli Xəbərlər