Menyu

Emin Əmrullayev Səudiyyə Ərəbistanının təhsil naziri ilə görüşüb

Operativ Media
Emin Əmrullayev Səudiyyə Ərəbistanının təhsil naziri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə nazir paylaşım edib.

Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər