Menyu

Bakıda yeniyetmə qız atasını bıçaqlayıb - YENİLƏNİB

Operativ Media
Bakıda yeniyetmə qız atasını bıçaqlayıb - YENİLƏNİB

Nizami rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

21:42

Bakının Nizami rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

Operativ Media “Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.

Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.

Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Əlaqəli Xəbərlər