Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib
Operativ Media
Fevralın 2-də dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.
Operativ Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Nərgiz Daşdəmirova (SOCAR) birinci, Lalə Hacıyeva (Mərkəzi Bank) ikinci, Əzizə Cəfərova (SOCAR) isə üçüncü yerə layiq görülüblər.
Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq qalib olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) ikinci, Vüqar İbrahimov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü pillədə qərarlaşıblar.