Ceyhun Bayramov Keniyaya səfər edib

Əsəd Abbaslı
Ceyhun Bayramov Keniyaya səfər edib

 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfərə yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər