Ana səhifə / Dünya / ABŞ Rusiyanın böyük neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib ABŞ Rusiyanın böyük neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib 23.10.2025, 08:31 Şəfa Hüseynli ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər Rusiyanın müharibəni bitirmək üçün sülh prosesində ciddi marağının olmaması səbəbindən qoyulub. Ümumilikdə siyahıya 34 şirkət daxildir.