Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi yekunlaşdı - YENİLƏNİB 4

Əsəd Abbaslı
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi yekunlaşdı - YENİLƏNİB 4

Yekaterinburqun Leninski Rayon Məhkəməsi saxlanılan daha 3 azərbaycanlı barəsində qərar verib.

Operativ Media xəbər verir ki, Şahid Lalayev, Bakir Səfərov və Əhliman Gənciyev 3 günlüyünə istintaq təcridxanasına göndərilib.

Əhliman Gənciyevin vəkili İlkin Əmirov bildirib ki, onun müdafiə etdiyi şəxs işgəncəyə məruz qalıb.

16:30

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.

Operativ Media xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuat tərəfindən məhkəmə zalından paylaşılmış videoyazıdan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var.

A.Səfərov həmçinin qeyd edib ki, özünü təqsirli hesab etmir.

13:57

Yekaterinburqun Leninski Rayon Məhkəməsi Akif Səfərov barəsində həbs-qətimkan tədbiri seçib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, o, 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

11:44

Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilən azərbaycanlıların adları məlum olub.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, onlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Səfərovdur.

Vüqar və Məhəmməd Səfərovlar kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıb.

Kamal Səfərov isə hazırda reanimasiyadadır.

10:29

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılar məhkəməyə gətirilib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"İyunun 29-da bir qrup azərbaycanlı Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.

İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.

Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Digər xəbərlər