Keşlə və “NZS” qəsəbələrində narkotik dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb - VİDEO

Nərmin Qocamanlı
Keşlə və “NZS” qəsəbələrində narkotik dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb - VİDEO

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu şəxsdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə onlayn yolla aldığını bildirib.

Vüsal Zülfəliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.    

YouTube video

Digər xəbərlər