Parlament "İpoteka haqqında" qanuna dəyişikliyi son oxunuşda qəbul edib

Operativ Media
Parlament "İpoteka haqqında" qanuna dəyişikliyi son oxunuşda qəbul edib

Milli Məclis ipoteka saxlayanların ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnu müqavilə əsasında dəyişdirə bilməsi barədə dəyişiklikləri son oxunuşda qəbul edib.

Operativ Media xəbər verir ki, bununla bağlı "İpoteka haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, layihəyə əsasən ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.

Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq.

Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan ödəyəcək.

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Digər xəbərlər