"Neftçi" İdman Klubu yeni loqosunu təqdim edib
Operativ Media
"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.
Operativ Media xəbər verir ki, klubun yeni emblemi ənənəvi ağ-qara rənglərdə hazırlanıb.
Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları təsvir olunub. Emblemin yuxarı hissəsində "Neftçi" İdman Klubunun adı, aşağı hissəsində isə klubun yaranma tarixi olan "1937" əksini tapıb.
Klubdan bildirilib ki, yeni loqo "Neftçi"nin tarixi irsini qorumaqla yanaşı, müasir vizual kimliyini də özündə əks etdirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net