Menyu

Azad edilmiş ərazilərdə müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib

Operativ Media
Azad edilmiş ərazilərdə müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib
1 dəq oxu

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini təsdiq edib.

Operativ Media xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş 1 inzibati ərazi vahidi üzrə (Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi istisna olmaqla) bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri, eləcə də işğaldan azad edilmiş 3 inzibati ərazi vahidi üzrə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib.

Əlaqəli Xəbərlər