"İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib
Operativ Media
Prezident İlham Əliyev 30 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra nazirliyin öz strukturunu və fəaliyyətini təkmilləşdirmək istiqamətində tədbirlər görmək, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək vəzifəsi dövlət başçısının müəyyən etdiyi hallara aid olmayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net