Rusiya benzin ixracına qoyulan qadağanı uzadacaq
Rusiya Baş nazirinin müavini Aleksandr Novak benzin ixracına qoyulan qadağanın 2026-cı ilin sonuna qədər uzadılacağını açıqlayıb.
Operativ Media xəbər verir ki, hökumət həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı uzatmaq qərarına gəlib:
"Neft emalı zavodları həddindən artıq təchizat və azalmış emal həcmləri ilə bağlı problemlər yaşamasınlar deyə, dizel ixracına qoyulan qadağa bazar bərpa olunduqca aradan qaldırılacaq. Daxili bazar təmin edildikdən sonra Rusiyanın neft emalı zavodlarının tam işləməsini təmin etmək üçün dizel yanacağı ixrac etməsi vacib olacaq".
Novakın əvvəllər dediyi kimi, Rusiya bu yay logistikadakı dəyişikliklər səbəbindən yanacaq təchizatında fasilələr yaşayır.
Vəziyyəti yaxşılaşdırmaq üçün hökumət benzin və dizel yanacağının ixracını qadağan etmək də daxil olmaqla bir sıra tədbirlər görüb.
Yanacaq ixracına qoyulan qadağa hazırda 31 iyula qədər qüvvədədir.
Qeyd edək ki, neft emalı zavodlarına zərbələr səbəbindən Rusiyada benzin və dizel yanacağının ixracına qadağa qoyulub.