Menyu

Azər Əmirov: Maliyyə bazarlarının əsas çağırışlarından biri rəqəmsallaşmadır

Nicat Hüseynli
Azər Əmirov: Maliyyə bazarlarının əsas çağırışlarından biri rəqəmsallaşmadır

Maliyyə bazarlarının da əsas çağırışlarından biri rəqəmsallaşmaya uyğunlaşmaq və fəaliyyətini bu istiqamətdə inkişaf etdirməkdir.

Operativ Media xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

O bildirib ki, hazırda maliyyə alətlərinin şaxələndirilməsi və maliyyə bazarları sisteminin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biridir. Məqsəd yeni maliyyə alətlərinin tətbiqi və onların cəlbediciliyinin artırılmasıdır. Bu çərçivədə investisiyaların sığortalanması mexanizminin yaradılması məsələsi gündəmdədir. 

Eyni zamanda, “yaşıl maliyyə” adlandırılan alternativ maliyyə alətlərinin gələcəkdə bazarda formalaşması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Lakin bu məsələlər hələ layihə mərhələsindədir.

Azər Əmirovun sözlərinə görə, digər mühüm çağırış isə rəqəmsallaşmadır. Rəqəmsallaşma artıq bütün biznes sahələrinə və gündəlik həyatımıza nüfuz edib. Bu baxımdan, maliyyə bazarlarının da əsas çağırışlarından biri rəqəmsallaşmaya uyğunlaşmaq və fəaliyyətini bu istiqamətdə inkişaf etdirməkdir.

“Əmanətlərin Sığortalanması Fondunun da bu çağırışlara uyğun fəaliyyət göstərməsi vacibdir. Bu, həm gündəlik fəaliyyətimizin tərkib hissəsidir, həm də dövlət səviyyəsində qarşıya qoyulan vəzifələrdən irəli gəlir”, - deyə o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər