Menyu

ƏSF-nin 2 xidməti "MyGov"a inteqrasiya olunacaq

Nicat Hüseynli
ƏSF-nin 2 xidməti "MyGov"a inteqrasiya olunacaq
1 dəq oxu

2027-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun iki xidməti “MyGov” platformasına inteqrasiya ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma şöbəsinin müdiri Fərid Şirinov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

O bildirib ki, gələn ildən etibarən vətəndaşlar Fonda kreditor müraciətlərini, eləcə də digər vətəndaş müraciətlərini “MyGov” platforması vasitəsilə elektron qaydada təqdim edə biləcəklər.

Əlaqəli Xəbərlər