Menyu

Yanev: "Qarabağ"ın güclü tərəflərini təhlil etmişik, amma öz oyunumuza sadiq qalacağıq

Operativ Media
Yanev: "Qarabağ"ın güclü tərəflərini təhlil etmişik, amma öz oyunumuza sadiq qalacağıq

Bolqarıstanın ÇSKA klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin keyfiyyətli komanda olduğunu vurğulasa da, futbolçularına güvəndiyini bildirib.

"Qarşılaşmanın əhəmiyyətini və rəqibin ciddiliyini bilirik. Xəyallara qapılmırıq, ayaqlarımız yerdədir. İlk oyun göstərdi ki, "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var. Onların yaxşı futbolçuları, təcrübəli baş məşqçisi və öz oyun üslubu var. Bütün bunları ətraflı təhlil etmişik. Amma bizim də çox keyfiyyətli futbolçularımız var. Rəqibin oyununa tam uyğunlaşmamalıyıq. Sabah uğur qazana bilərik", – deyə Yanev bildirib.

Baş məşqçi komandanı hər oyuna eyni məsuliyyətlə hazırladığını qeyd edib:

"Mən hər gün eyni işi görürəm – komandanı növbəti oyuna ən yaxşı şəkildə hazırlayıram. Oyunda baş verə biləcək bütün ssenariləri nəzərə almışıq. Hər şey ola bilər. Əsas odur ki, öz keyfiyyətimizə inanaq."

Yanev azarkeşlərin dəstəyinin vacibliyini də xüsusi vurğulayıb:

"Futbolçu olduğum dövrlə müqayisədə indi daha çox məlumata sahibəm. İşlədiyim məşqçilərdən və "Liverpul", "Milan", "Blekbern", "Bayer" kimi komandalara qarşı keçirdiyim oyunlardan çox şey öyrənmişəm. Həmin vaxt stadion qaynayan qazan idi. Sabah da bunu görmək istəyirəm. Enerji meydançaya ötürülməli və hamı hansı böyük klubda çalışdığımızı hiss etməlidir."

Bolqarıstanlı mütəxəssis komandanın sabit çıxış etməsinin vacibliyinə diqqət çəkib və James Eto'onun oyuna hazır olduğunu bildirib:

"Heç vaxt komandanı müdafiə və hücuma bölməmişəm. Bütün komanda maksimum gücünü ortaya qoymalıdır. Sabitlik lazımdır. Bilirəm ki, Bolqarıstanda prosesləri gözləməyə səbir yoxdur. Lakin bunun üçün vaxt tələb olunur. James Eto'o "Botev"lə matçda olduğu kimi, "Qarabağ"a qarşı da oynamağa hazırdır. Onun meydana çıxanda komandaya qələbə qazandıracaq oyun sərgiləməsini istəyirik."

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər