Menyu

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçdi

Operativ Media
"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçdi
1 dəq oxu

Türkiyənin "Göztəpə" klubu "Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvilinin transferini rəsmən açıqlayıb.

Operativ Media xəbər verir ki, gürcüstanlı qolkiper "PAOK" klubundan 2026/2027 mövsümünün sonuna qədər satınalma hüququ ilə icarəyə götürülüb. 27 yaşlı qapıçı ötən mövsümü Yunanıstanın "Atromitos" komandasında keçirib.

Luka Quqeşaşvili 2022–2024-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.

Əlaqəli Xəbərlər