Azərbaycan XİN: Ana dilimizi qorumaq hər birimizin borcudur
Bu gün Azərbaycan xalqının milli-mənəvi sərvəti olan ana dilimizin və əlifbamızın qorunması və gələcək nəsillərə ötürülməsinin rəmzi olan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında paylaşım edib.
"Milli kimliyimizin, zəngin ədəbi-mədəni irsimizin və dövlətçiliyimizin əsas sütunlarından biri olan Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və beynəlxalq müstəvidə təbliği hər birimizin borcudur. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək",- o qeyd edib.
Bu gün Azərbaycan xalqının milli-mənəvi sərvəti olan ana dilimizin və əlifbamızın qorunması və gələcək nəsillərə ötürülməsinin rəmzi olan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 1, 2026
Milli kimliyimizin, zəngin ədəbi-mədəni irsimizin və dövlətçiliyimizin əsas… pic.twitter.com/pwnBrjZvlL