Menyu

ƏƏSMN xidməti avtomobillərinin sayı artırılıb

Operativ Media
ƏƏSMN xidməti avtomobillərinin sayı artırılıb
1 dəq oxu

Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti minik avtomobillərinin say həddi aparat üzrə 7-dən 8-ə çatdırılıb.

Əlaqəli Xəbərlər