Menyu

"Arsenal" Bruno Gimaraesin transferi üçün "Nyukasl"la razılıq əldə edib

Operativ Media
"Arsenal" Bruno Gimaraesin transferi üçün "Nyukasl"la razılıq əldə edib

​"Arsenal" "Nyukasl"ın və Braziliya milli komandasının yarımmüdafiəçisi Bruno Gimaraesin keçidi ilə bağlı razılığa gəlib.

​Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

​Məlumata görə, London klubu 28 yaşlı futbolçu üçün təxminən 90 milyon avro ödəyəcək. Şəxsi müqavilə şərtlərini artıq razılaşdıran braziliyalı oyunçunun "topçular"la 5 illik sözləşmə imzalayacağı bildirilir.

​"Nyukasl" bu transferdən 100 milyon avro qazanmaq istəsə də, "Arsenal" qiyməti endirməyə müvəffəq olub. Tərəflər arasında sadəcə bonuslar və agent ödənişləri kimi bəzi təfərrüatların dəqiqləşdirilməsi qalıb.

​Qeyd edək ki, 2022-ci ildən "Nyukasl"da çıxış edən Gimaraesin klubu ilə mövcud müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi 2025/2026-cı illər mövsümündə keçirdiyi 41 matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər