Menyu

Meşələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

Operativ Media
Meşələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax rayonu ərazisində yerləşən Cırdaxan Meşəbəylinin 2 saylı Meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda maarifəndirmə tədbirləri keçirib.

"Tədbirlərdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və yerli sakinləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlərdə mövzuya dair maarifləndirici çap materialları paylanılıb, cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər