Menyu

Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

Operativ Media
Macarıstanda istilərlə bağlı fövqəladə qərargah yaradılıb

Macarıstanda davam edən güclü istilər fonunda ölkənin su və enerji sistemlərinin dayanıqlığını təmin etmək məqsədilə hökumət fövqəladə qərargahın iclasını keçirib.

Operativ Media xəbər verir ki, bu barədə "Daily Hungary" məlumat yayıb.

Baş nazir Peter Madyarın sədrliyi ilə keçirilən müşavirədə rekord istilərin yaratdığı risklər, su ehtiyatlarının azalması və elektrik enerjisinə tələbatın artması diqqət mərkəzində olub.

Hökumət əhalinin fasiləsiz su və enerji ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib. Səlahiyyətlilər vətəndaşları sudan qənaətlə istifadə etməyə, elektrik sərfiyyatını azaltmağa və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırıblar.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər