Zelenski Paşinyanla Ukrayna-Ermənistan münasibətlərini müzakirə edib - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, Zelenski danışıqla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Ermənistan Baş naziri Nikol Paşinyanla danışdım. Ukrayna və Ermənistan arasındakı münasibətlər indi daha da konstruktiv xarakter alır və davamlı dialoqun aparılması bizim üçün vacibdir”, - Zelenski bildirib.
O qeyd edib ki, telefon danışığı zamanı Ermənistana səfərinin nəticələri və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.
“Bundan əlavə, regionumuzdakı bütün xristianlar üçün mühüm tarix olan Kiyev-Peçersk Lavrasının yaradılmasının 975-ci ildönümü münasibətilə təbriklərinə görə Baş nazirə təşəkkür etdim”, - Ukrayna Prezidenti deyib.
Zelenski tərəflərin əlaqələri davam etdirmək barədə razılığa gəldiyini bildirib.
19:10
Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Telefon danışığı zamanı Zelenski Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.
Həmçinin regional və qlobal proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı sabit və uzunmüddətli sülhün təşviqinin vacibliyi vurğulanıb.