Vilayət Eyvazovun qəbulunun vaxtı dəyişdirilib
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari ilin aprel ayının 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilmişdir.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Qəbulda İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı, Sabirabad şəhər və rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar 17.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net