Menyu

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Operativ Media
Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Gənclər və İdman Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib. Daha sonra Şəhidlər Xiyabanına və Zəfər abidəsinə gələrək qəhrəman övladlarımızın xatirəsini hörmətlə anıblar.

Səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Görüşün yekununda “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər