Menyu

PSJ Safonov və ya Şevalye ilə yolları ayırmağı planlaşdırır

Operativ Media
PSJ Safonov və ya Şevalye ilə yolları ayırmağı planlaşdırır

Fransanın PSJ klubu 2027-ci ilin yayında qapıçıları Matvey Safonov və ya Lyuka Şevalyedən biri ilə yollarını ayırmağı planlaşdırır.

​Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

​Məlumata görə, Paris təmsilçisi "Parma"nın qolkiperi Cion Suzukini 35 milyon avroya transfer etməyə hazırlaşır. 23 yaşlı yaponiyalı futbolçunun 2026/2027 mövsümündə icarə əsasında "Yuventus"da çıxış edəcəyi, bir il sonra isə PSJ-nin əsas heyətinə cəlb olunacağı gözlənilir. Fransa klubunun rəhbərliyi Suzukinin komandaya qayıdışından sonra cari mövsümdəki rəqabətin nəticəsindən asılı olaraq ya Safonov, ya da Şevalye ilə əməkdaşlığa son qoymağı nəzərdən keçirir.

​Qeyd edək ki, 27 yaşlı rusiyalı qapıçı Matvey Safonov 2024-cü ildən PSJ-də çıxış edir və onun müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. 2025-ci ilin yayında 5 illik sözləşmə imzalayan 24 yaşlı fransalı qolkiper Lyuka Şevalye isə 2025/2026 mövsümündə əsas heyət uğrunda mübarizədə Safonova məğlub olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər