Menyu

Azərbaycanın basketbol millisi Şimali Makedoniyaya qalib gəlib

Operativ Media
Azərbaycanın basketbol millisi Şimali Makedoniyaya qalib gəlib
1 dəq oxu

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Operativ Media xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 75:73.

Qeyd edək ki, yığma növbəti matçını sabah Estoniya komandasına qarşı keçirəcək.

Əlaqəli Xəbərlər