Erkən nikahın qarşısı alınıb
Operativ Media
Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Operativ Media-ya verilən məlumata görə, yetkinlik yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Araşdırmalar zamanı qızın bu ilin oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.
Faktla bağlı zəruri tədbirlər icra edilib, aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net