Menyu

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Operativ Media
Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Bu ilin I yarısında Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində ümumilikdə 287 layihə icra edilib.

Operativ Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 810,2 milyon manatı istifadə olunub.

Həmin vəsaitin 337,8 milyon manatı nəqliyyat layihələrinə (icra 33 faiz), 151,2 milyon manatı su təsərrüfatı və meliorasiya layihələrinə (27 faiz), 51,2 milyon manatı sosial layihələrə (20 faiz), 37,9 milyon manatı energetika və sənaye layihələrinə (18 faiz), 60,9 milyon manatı müdafiə və hüquq-mühafizə layihələrinə (34 faiz), 171,2 milyon manatı sair layihələr üzrə (36 faiz) xərclərə yönəldilib.

Hesabat dövründə investisiya proqramı üzrə icra edilən layihələrin 42-si nəqliyyat, 88-i su təsərrüfatı və meliorasiya, 63-ü sosial, 11-i energetika və sənaye, 40-ı müdafiə və hüquq-mühafizə, 43-ü isə digər layihələr olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər