Menyu

Bred Kuperin Yaxın Şərqə 10 günlük səfəri başa çatıb

Operativ Media
Bred Kuperin Yaxın Şərqə 10 günlük səfəri başa çatıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb.

Operativ Media-nın məlumatına görə, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Bred Kuper Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edib. O, həmin ölkələrdə hökumət nümayəndələri və hərbi rəhbərlərlə görüşlər keçirib. Bundan əlavə, regionda yerləşdirilən ABŞ hərbçiləri ilə də görüşüb.

CENTCOM rəhbəri Ərəbistan dənizində xidmət aparan "USS Abraham Lincoln" aviadaşıyıcısında da olub. Komandanlıq qeyd edib ki, bu, Kuperin cari il ərzində aviadaşıyıcıya ikinci səfəridir.

CENTCOM-un məlumatına görə, hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi yerləşdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər