Emin Ağalarov “Sea Breeze”də baş verən hadisə ilə bağlı açıqlama yayıb
“Sea Breeze”in rəhbəri Emin Ağalarov ərazidəki akvaparkda uşağın həyatını itirməsi ilə nəticələnən hadisə ilə bağlı açıqlama yayıb.
Operativ Media xəbər verir ki, Emin Ağalarov açıqlamasında hadisə ilə bağlı ailəyə dərin hüznlə başsağlığı verib və hazırda araşdırma aparıldığını bildirib.
O qeyd edib ki, araşdırma zamanı uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyü də müəyyənləşdirilir. “Sea Breeze” tərəfindən istintaqa hərtərəfli dəstək göstərilir.
Onun sözlərinə görə, uşaqların və böyüklərin təhlükəsizliyi kompleks üçün hər zaman əsas prioritet olub.
O bildirib ki, hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
Emin Ağalarov həmçinin “Sea Breeze” komandası və şəxsən özü tərəfindən mərhum uşağın ailəsinə bütün lazımi dəstəyin göstəriləcəyini bildirib.