Menyu

Bakıda tələbə yataqxanalarının yeni tədris ilinə hazırlığı hansı vəziyyətdədir? - VİDEO

Nicat Hüseynli
Bakıda tələbə yataqxanalarının yeni tədris ilinə hazırlığı hansı vəziyyətdədir? - VİDEO

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bakıda bölgələrdən və xarici ölkələrdən gələn çoxsaylı tələbələrin yerləşdirilməsi üçün yataqxanaların hazırlığı da gündəmdədir.

Operativ Media "İctimai TV"yə istinadən xəbər verir ki, tələbə yataqxanaları yalnız yaşayış yeri deyil, həmçinin qidalanma və asudə vaxtın təşkili baxımından tələbələr üçün mühüm əhəmiyyət daşıyır. Lakin paytaxtdakı bütün yataqxanalarda bu imkanlar mövcud deyil.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin nəzdində ümumilikdə 48 yataqxana binası fəaliyyət göstərir. Onların bir qismi təmirli, digər hissəsi isə təmirsiz vəziyyətdədir.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. Universitet şəhərciyində tələbələrin ödənişsiz, mənzil tipli yataqxana ilə təmin olunması nəzərdə tutulub.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hazırda keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi prosesi davam etdirilir.

Komitənin məlumatına görə, indiyədək 10 şəhər, 3 qəsəbə və 34 kənd olmaqla, ümumilikdə 47 yaşayış məntəqəsinə köç həyata keçirilib. Prosesin yaxın müddətdə də davam etdirilməsi nəzərdə tutulur.

Ətraflı videoda:

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər