Menyu

Mağazadan oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Mağazadan oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.

Araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər