Menyu

"Sumqayıt" portuqaliyalı müdafiəçi ilə gücləndi

Operativ Media
"Sumqayıt" portuqaliyalı müdafiəçi ilə gücləndi
1 dəq oxu

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" son klubu Portuqaliyanın “Şaves” kollektivi olan cinah müdafiəçisi Tiaqo Almeyda ilə 1 illik müqavilə imzalayıb.

24 yaşlı portuqaliyalı futbolçu “21” nömrəli formada çıxış edəcək.

Əlaqəli Xəbərlər