Menyu

Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib

Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib

Rusiya BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edib.

"Operativ Media" nın məlumatına görə, sənəddə Yaxın Şərqdə tərəflər atəşkəsə çağırılır, HƏMAS-ın hücumları və girovların saxlanılması pislənilir. “Bütün tərəflər tərəfindən riayət ediləcək dərhal və davamlı humanitar atəşkəsə çağırırıq”, - sənəddə deyilir.

Rusiya Federasiyasının qətnaməsinin yeni layihəsində yanacaq da daxil olmaqla, Qəzzaya zəruri malların maneəsiz çatdırılması yer alıb. Sənəddə bildirilir: "Mülki şəxslərə elektrik enerjisi, su, yanacaq, ərzaq və dərman da daxil olmaqla, zəruri malların davamlı və maneəsiz verilməsinə çağırırıq". Qətnamə layihəsində vurğulanır ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslərin əsas ehtiyaclardan məhrum edilməmələrinə zəmanət vermək lazımdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər