Menyu

Ərdoğan: Türkiyə həmişə sülh tərəfdarı olub

Ərdoğan: Türkiyə həmişə sülh tərəfdarı olub

"Türkiyə bütün böhranlar zamanı sülhün tərəfdarı olub və problemləri ədalət və bərabərlik əsasında həll etmək üçün səy göstərib". 

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən iqlim dəyişikliyinə həsr olunmuş dünya sammitində çıxışı zamanı deyib.

"İsrailin təcavüzü nəticəsində əksəriyyəti uşaq və qadın olan 16 mindən çox günahsız fələstinlinin ölümünə heç nə ilə haqq qazandırmaq olmaz", - deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan əlavə edib ki, cinayəti törədənlərin beynəlxalq hüquq çərçivəsində ədalət qarşısında cavab verməsi lazımdır.


 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər