Şuşaya prokuror təyin edilib
Nərmin Qocamanlı
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumat üçün bildirir ki, bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.
Rəsul Həsənov bu təyinata qədər Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net