Suriyanın şimal-şərqindəki ABŞ bazası atəşə tutulub
"İraqın İslam Müqaviməti" hərəkatı Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətinin Əl-Şəddadi bölgəsində yerləşən ABŞ hərbçilərinin nəzarətində olan bazaya hücum etdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında yerləşdirilmiş mesajda deyilir.
Hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi və hədəfi vura bildikləri iddia edilir.
"Atəş İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı cinayətlərinə cavabdır", - hərəkat bildirib.
Atəşin nəticələri barədə məlumat verilmir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net