Menyu

Qazaxıstanda 7 aya yaxındır yanan neft quyusu söndürüldü

Qazaxıstanda 7 aya yaxındır yanan neft quyusu söndürüldü

Qazaxıstanın qərbindəki Cənubi Karaturun yatağında iyun ayında başlayan yanğın söndürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

“Mangistau vilayətində “Buzachi Neft” MMC tərəfindən qazılan Cənubi Karaturun yatağında 2023-cü il dekabrın 25-də quyuda altı aydan çox davam edən yanğın söndürülüb”, - mərkəzin açıqlamasında bildirilir.

Bildirilir ki, yanğının söndürülməsi üçün mütəxəssislər qəza quyuları qazıblar, sonradan quyulara qapadıcı məhlul vurulub.

Xatırladaq ki, yanğın iyunun 9-da quyu qazarkən başlayıb. Alovun hündürlüyü 10 metrə çatıb. Yerli ekoloqlar dəfələrlə yanğın probleminə diqqət çəkiblər. Ekofəalların hesablamalarına görə, quyuda yanma prosesi ətraf mühiti zəhərləyən metan qazının yayılmasına səbəb olub.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər