Türkiyədə məhkəmə yaxınlığındakı terror aktına görə 100-dən çox saxlanılan var
Fevralın 6-da İstanbulda Ədliyyə Sarayında törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb. İstintaq davam edir, o cümlədən hücumda xarici qüvvələrin əli olub-olmaması araşdırılır.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
"Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli, o cümlədən xarici qüvvələrlə əlaqəyə görə aparılır", - nazir "TRT Haber" telekanalına açıqlamasında deyib.
Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net