Menyu

Yunanıstan Artemis kosmik proqramına qoşulub

Yunanıstan Artemis kosmik proqramına qoşulub

Yunanıstan Amerikanın kosmos sahəsində əməkdaşlıq proqramı Artemis-ə qoşulub.

"Operativ Media" xəbər verir ki, müqavilə ABŞ dövlət katibi Antoni Blinken, ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) rəhbəri Bill Nelsonun və Yunanıstan Kosmik Mərkəzinin prezidentinin qatıldığı Vaşinqtonda keçirilən mərasimdə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis tərəfindən imzalanıb.

Sazişin imzalanması Yunanıstan və ABŞ arasında Amerika paytaxtında keçirilən strateji dialoqun beşinci raundu çərçivəsində baş tutub.

Mərasimdə çıxış edən Gerapetritis vurğulayıb ki, bu dialoq ortaq dəyərlərə əsaslanan siyasətlərin gücləndirilməsinə imkan verir.

 

Yunanıstan Artemis proqramına qoşulan 35-ci ölkə oldu.

Proqram rəsmi olaraq 2017-ci ildə Donald Tramp administrasiyası altında yaradılıb, lakin onun bir çox komponentləri, məsələn, Orion kosmik gəmisi əvvəlki Constellation proqramı (2005-2010) zamanı və onun ləğvindən sonra hazırlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər