Gürcüstan 2023-cü ildə turizmdən rekord gəlir əldə edib
Nərmin Qocamanlı
Gürcüstan 2023-cü ildə turizmdən rekord 4,1 milyard dollar gəlir əldə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyası məlumat yayıb.
Bildirib ki, bu, 2019-cu il pandemiyadan əvvəlki dövrlə müqayisədə 26,2%, 2022-ci illə müqayisədə isə 17,3% çoxdur.
Ümumilikdə ölkəyə 7 milyondan çox beynəlxalq səyahətçi səfər edib ki, bu da pandemiyadan əvvəlki ilə müqayisədə 75,6%, 2022-ci illə müqayisədə isə 30,3% çoxdur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma