Sabahdan "28 May" metrosunun qarşısına avtomobillərin girişi bağlanacaq
Nərmin Qocamanlı
Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.
"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq".
Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma