Dünya Bankı Qırğızıstanda landşaftların bərpasına 52,4 milyon dollar ayırıb
Nərmin Qocamanlı
Qırğızıstanın Maliyyə Nazirliyi və Dünya Bankı arasında “Qırğızıstanda davamlı landşaftın bərpası” layihəsinin ümumi dəyəri 52,4 milyon ABŞ dolları olan maliyyə sazişi imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ayrılan vəsait ölkədə iqlim dəyişikliyinin təbii fəlakətlərə təsirini azaldacaq, sel və daşqınlardan iqtisadi itkiləri azaldacaq və həssas icmaların dayanıqlığını artıracaq, həmçinin 9,5 mindən çox ev təsərrüfatını, 2 min 754 ailəni, 7 min 828 hektar əkin sahəsini qoruyacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma